Öskürəyin təhlükəli səbəbi dərmanların yan təsiri, həmçinin kardioloji və qastroenteroloji problemlər ola bilər.
Bunu Gazeta.Ru-ya müsahibəsində terapevt Tatyana Demidova deyib.
Həkimin fikrincə, uzun sürən öskürəyin səbəbi əvvəllər koronavirus infeksiyasına yoluxma da ola bilər. Ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX) əziyyət çəkənlərdə də öskürəyin kəskinləşməsi var. Ancaq əgər bir neçə ay dayanmayan daimi quru öskürək varsa, bu AXOX deyil, ciddi xəstəliyin göstəricisidir.
“Belə bir öskürəyin səbəbi həm dərmanların yan təsiri, məsələn, ACE inhibitorları, həm bronxial astmanın “debütü”, həm xroniki traxeobronxit, həmçinin burun tənəffüsünün pozulduğu polipozlu sinüzit də ola bilər”, - deyə Demidova bildirib.
İstənilən simptom bədənin hansısa bir xəstəliklə qarşılaşdığını göstərir. Buna görə də, davamlı öskürək olduqda, hərtərəfli müayinə lazımdır, - deyə terapevt qeyd edir.
“Kardioloji və qastroenteroloji problemlər də davamlı öskürəyə səbəb ola bilər. Sonda daimi quru öskürək allergik reaksiya ola bilər”, - deyə həkim vurğulayıb.