Kiyev İrandan Rusiyaya silah tədarükünü dayandırmağı tələb edib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Twitter hesabında bildirib ki, oktyabrın 28-də ona İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian zəng edib. 

“Söhbət zamanı mən İrandan tələb etdim ki, Rusiyaya mülki əhalinin öldürülməsi və Ukraynada kritik infrastrukturun məhv edilməsi üçün istifadə olunan silahların verilməsini dərhal dayandırsın”, - Kuleba yazıb.

Daha əvvəl Ukrayna Xarici İşlər Nazirliyi İranı Rusiyaya silah tədarük etməkdə günahlandırıb və Rusiya Federasiyasına dəstəyi dayandırmağa çağırıb.

İranın xarici işlər naziri Abdullahian öz növbəsində bunu təkzib edib, həmçinin Ukrayna və ya Rusiyaya silah tədarükünü pisləyib. O, həmçinin vurğulayıb ki, Tehran Rusiya-Ukrayna münaqişəsində heç bir tərəfi dəstəkləmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ