Buxarestdə keçirilən Avropa çempionatında çıxışını yekunlaşdırıb.
Buta.media-nın məlumatına görə, 92 kq çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov final görüşünə çıxıb.
Dünya və Olimpiya çempionumuz final görüşündə polşalı Zbiqnev Baranovski ilə qarşılaşıb. Pəhləvanımız rəqibini 9:1 hesabı ilə məğlub etməklə, titul kolleksiyasını da tamamlayıb.
O ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə çıxdığı Avropa çempionatının həlledici görüşündə ilk qızıl medalını qazanıb. Şərifov bununla da böyüklər arasında hər 3 titula sahib olan ilk güləşçimiz kimi tarixə düşür.