Qvineya-Bisau prezidenti Umaru Şisoku Embalo Rusiya prezidenti Vladimir Putinin Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlara hazır olduğunu açıqlayıb.
Bunu Embalo bunu Zelenski ilə birgə keçirdiyi brifinqdə deyib.
“Dünən mən Rusiyada idim, prezident Putinlə görüşdüm, o, məndən sizə mesaj verməyimi, sizinlə danışmağımı istədi. <…> O, mənə prezident Zelenski ilə danışıqlara hazır olduğunu söylədi”, - Qvineya-Bisau lideri bildirib.
Danışıqları bərpa etməzdən əvvəl Zelenski Rusiyaya Ukrayna infrastrukturunu atəşə tutmağı, Qara dənizdəki Ukrayna limanlarını bağlamağı və nüvə silahı ilə təhdid etməyi dayandırmağı təklif edib.
Zelenski təklif edib ki, Putinin təşəbbüsü yerli rus auditoriyasına və Rusiya Federasiyası ilə münasibətləri kəsməyən ölkələrin auditoriyasına yönəlmiş “planlı ritorika”dır.