“Nant” öz meydanında daha yaxşı oynayır - Qurban Qurbanov

“Hər sistemin öz çətinlikləri var. Rəqib keyfiyyətli komandadır. Öz meydanında daha yaxşı oynayır”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fransada “Nant”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, Bakıda bu komandaya 3:0 hesabı ilə qalib gəlmələri yanlış fikirlər gətirə bilər:

“Əlimizə düşən hər imkandan maksimum istifadə etməyə çalışacağıq”.

O, sabahkı görüşdə favorit olmadıqlarını söyləyib:

“Rəqibə böyük hörmətlə yanaşırıq. Bakıdakı matçda qol epizodları oldu. Hətta hesab 0:0 olarkən üstünlük onların tərəfində idi. Rəqibin heyətində bacarıqlı futbolçular var. Sadəcə, hər komandanın uğursuz seriyası olur. Son vaxtlar “Nant”ın oyununda irəliləyiş var”.

Qeyd edək ki, “Nant” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ