Prezident AMEA-ya tapşırıq verdi

Prezident İlham Əliyev Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.

Buta.media-nın xəbərinə görə, sərəncamda qeyd olunur ki, 2019-cu ildə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin) anadan olmasının 150 illiyi tamam olur. 

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ