Məşhur radio aparıcısı Tural Yusifov 162 saylı məktəbinin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı videomüraciət yayıb.
Buta.media-nın məlumatına görə, T. Yusifov müraciətində E. Hacıyevaya qarşı alçaldıcı hərəkətlər edən məktəblilərin valideynlərini qınayıb.
“Siz necə vicdansız, amansız, bivec, nanəcib övlad böyütmüsüz, çünki özünüz də eləsiz. Bir nəfər belə, həmin məktəblinin problemini bilə-bilə nə müəllimlər, nə valideyn, nə şagird onu müdafiə etməyib. Məktəbliləri amansız böyüdüblər, çünki valideynlərin başı qarışıb onun bunun qeybətini qırmağa. onun bunu həyatını müzakirə. Nə edək indi biz övladlarımızı Azərbaycanda oxutdurmayaq?”. – T.Yusifov deyib.
Daha ətraflı videonu təqdim edirik: