Rusiya ABŞ-a “Qrom” nüvə təlimləri ilə bağlı xəbərdarlıq edib

Rusiya hakimiyyəti ABŞ Müdafiə Nazirliyinə “Qrom” strateji nüvə qüvvələrinin təlimləri keçirəcəkləri barədə məlumat verib.

Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder mətbuat brifinqində deyib.

“Bəli, ABŞ xəbərdar olub. Daha əvvəl də vurğuladığımız kimi, bunlar Rusiyanın illik təlimləridir”, - deyə Pentaqonun sözçüsü jurnalistin sualını cavablandırarkən bildirib.

Rayder qeyd edib ki, Rusiya silahlara nəzarət üzrə öhdəliklərinə uyğun olaraq təlimlə bağlı əvvəlcədən xəbərdarlıq edib. O, əlavə edib ki, ABŞ Rusiya manevrlərini “nəzarət etməyə davam edəcək”.

Reuters yazır ki, Birləşmiş Ştatlar Rusiyanın “Qrom” təlimi zamanı raketləri sınaqdan keçirəcəyini gözləyir. Rusiya əvvəllər də təlimlərdə qitələrarası ballistik raketlər atıb.

Eyni zamanda ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays belə təlimlərlə bağlı tərəflərin bir-birini xəbərdar etməsinin vacib olduğunu qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ