“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin və “Russia Today” telekanalının baş redaktoru, Marqarita Simonyanın Ermənistana girişi qadağan edilib.
Bu barədə Marqarita Simonyan özünün teleqram kanalında yazıb.
“Uzun illər Ermənistanın qatı himayədarı olan Konstantin Zatulinin Ermənistana girişi ölkənin hazırkı lideri tərəfindən qadağan edilib. Yeri gəlmişkən, mən də”, - deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Dumasının deputatı Konstantin Zatulin Ermənistanda "persona non-qrata" elan olunub, bu ölkəyə girişi qadağan edilib.