Oktyabrın 27-dən etibarən Bakıda yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayacaq.
Bakı Nəqliyyat Agentliyi xəbər verir ki, yeni təşkil edilən xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – “Azneft” dairəsi - Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.
Marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-nin istismarında olan avtobuslarla icra ediləcək. İlkin mərhələdə daşımalara 10 ədəd avtobus cəlb ediləcək. Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-dək fəaliyyət göstərəcək.
Gedişhaqqı 0.60 AZN olacaq avtobuslar hərəkət sxemi üzrə bütün dayanacaq məntəqələri üzrə deyil, yalnız əvvəlcədən müəyyən edilmiş sərnişin təlabatı daha çox olan məntəqələrdə dayanacaq.
Məlumatda həmçinin qeyd olunub ki, ki, E1 xəttinin fəaliyyətə başlaması ilə metronun “Xalqlar dostluğu” stansiyasından Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində birbaşa ictimai nəqliyyatla sürətli gediş-gəlişi təmin ediləcək.