Zülfiyyə Xanbabayeva onu görüb ağladı - Video

Xalq artisti Zülfiyyə Xanbabayeva doğum gününü qeyd etdiyi “Söhbət var” verilişində göz yaşlarına hakim ola bilməyib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb studiyaya Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərayzadənin gəlişi olub.

O, Xanbabayevanı doğum günü münasibətilə təbrik edib.

Müğənni hisslərini belə ifadə edib: “Bu gün bir müğənni kimi var olmağıma, bir Vaqif məktəbi keçməyimə görə Allahıma şükürlər edirəm. Çox təşəkkür edirəm. Vaqif müəllim çox yerlərə getmir, çox verilişlərə çıxmır, ümumiyyətlə heç yerə getmir. Bu gün Vaqif müəllimin burada olmağı mənə şərəf verdi”.

Həmin anları aşağıdakı videonun 1.11.00 dəqiqəsindən izləyə bilərsiniz.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ