ARB TV-nin “Show news” proqramının budəfəki müsahibi müğənni Kərim Abbasov olub.
Yeni klipinin təqdimatında danışan Kərim açıq-saçıq səhnələrə görə həyat yoldaşından icazə aldığını bildirib:
“Yoldaşım çox qısqanc adamdır. 9 il səbr edib onun razılığını almaq hər kişinin işi deyil. Onun razılığından sonra oldu. Dedi ki, sənə inanıram, get, nə istəyirsən elə. Klipdə heç bir öpüşmə səhnəsi olmayıb. Çox insanlar deyir ki, Kərimin ailəsi dağıldı, Renka ailə dağıdandır. Aramızda heç nə yoxdur”.
Yataq səhnələrinə görə qınanan Renka isə mənfi rəylərə fikir vermədiyini bildirib:
“Mən heç birini oxumuram, vecimə də deyil. Heç bir qonorar almamışam. Ölüb yerə girərəm. Onda biz niyə dostluq edirik ki?”.