Müğənni Rəhimin xəstəliyi ilə bağlı görüntülər yayıldı - video

Müğənni Vasif Məhərrəmli ötən gün vəfat edən Rəhim Rəhimlinin ağır xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb.

O, öz Instaqram səhifəsində müğənninin özünün sağlığında ona göndərdiyi videonu paylaşıb.

V. Məhərrəmli qeyd edib ki, Rəhimi məclisinə çağırsa da, o, iştirak edə bilməyib. Xəstəliyi səbəbindən şişmiş ayaqlarının videosunu V. Məhərrəmliyə göndərərək üzrxahlıq edib. O, videoda qaraciyərində problemlər olduğunu, bu səbəbdən ayaqlarının şişdiyini qeyd edib.

“Ay Rəhim, Allah sənə rəhmət eləsin! İncimişdim səndən dostum. Kaş ki, incimiyəydim, dostum. Məclisə çağırmışdım, gəlməmişdin deyə mənə çəkib video atdın. Kaş ki, zəng edəydim, danışaydıq. Deyirdim anamın en istədiyi müğənni sənsən. Sən çox təmiz adam idin Rəhim. Bundan sonra bizə “dostum” kəlməsini kim deyəcək, ay Rəhim. Məkanın cənnət olsun, əziz dost!”, - paylaşımda qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ