“Space”-in efirində söyüşlə mahnı oxuyan müğənni: Ayıb olsun - VİDEO

Kimsə düşmənçiliklə və ya zarafatla edibsə, yaxşı da alınmayıb.

Buta.media-nın məlumatlna görə, bunu "Space" TV-də “Hər Səhər” verilişində mahnını söyüşlə oxuyan Rüfət Axundov deyib.

R. Axundov iddia edir ki, görüntünün montajdır:

“Məni tanıyanlar tanıyır ki, heç bir qalmaqalda yoxam. Bunun arxasınca getmək fikrim də yoxdur. Mənim mahnımı oxumuşam, fonoqram gedib. Kimsə götürüb üstünə söyüş qoyubsa, ayıb olsun”.

Qeyd edək ki, “Space” telekanalı Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən cərimələnib. Şuranın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşovun sözlərinə görə, həmin verilişdə efirə getmiş ədəbsiz söz və ifadələr aparılan monitorinqlər zamanı aşkar edilib:

“5 aprel 2019-cu il tarixdə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qəbul edilib. İş məhkəməyə göndərilib”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ