Amerikalı reper Coolio (əsl adı Artis Leon Ivey Jr.) 60 yaşında vəfat edib. Bu barədə TMZ portalı musiqiçinin menecerinə istinadən xəbər verib.
Qeyd olunur ki, rep ifaçısının ölümünə səbəb ürəyinin dayanması olub.
Coolio daha çox 1995-ci ildə çəkilmiş “Dangerous Minds” filmində səslənən “Gangsta's Paradise” mahnısı ilə tanınır.
Bundan əvvəl amerikalı müğənni və bəstəkar Cim Postun dünyasını dəyişdiyi məlum olub. Onun ölümünün səbəbi ürək çatışmazlığı olub.