1990-cı illərin ən yaxşı mahnısı açıqlandı - video

“Pitchfork” tərəfindən 1990-cı illərin ən yaxşı mahnılarının reytinqi hazırlanıb. 250 trekin siyahısı nəşrin saytında dərc olunub.

Reytinqi reper Ol' Dirty Bastard-ın yer aldığı Meraya Kerinin “Fantasy” mahnısının remiksi başçılıq edir. Müğənni bu mahnını cəmi iki günə yaradıb. “Fantasy” “Hot 100” cədvəlinin zirvəsində debüt edərək, Kerini bu cür uğur qazanan ilk qadın sənətçi edib.

İkinci yerdə “Hyperballad” mahnısı ilə Bjork qərarlaşıb. Bu, hər gün yatmış sevgilisindən uçuruma qaçan, sonra da daşları yerə atıb onların parçalanmasını seyr edən qadının hekayəsindən bəhs edir.

İlk üçlüyü Aliyanın “Are You That Somebody?” treki bağlayır. Bu mahnı sənətçi üçün Timbaland və Missy Elliott tərəfindən yaradılıb.

İlk onluğa həmçinin Liz Ferin “Fuck and Run”, Missi Elliottun “The Rain” (Supa Dupa Fly), “Nirvana” qrupunun “Smells Like Teen Spirit”, “Aphex Twin”in prodüserinin “Windowlicker”, “Destiny's Child”in “Say My Name”, reper “The Notorious B.I.G”in “Juicy” və “Bikini Kill”in “Rebel Girl” mahnıları yer alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ