Timati müharibəyə hazır olduğunu bildirib, lakin çağırış vərəqəsi almayıb

Vətənə olan borc gec-tez ödənilməlidir. Bu sözləri reper və biznesmen Timur Yunusov (Timati) öz İnstagram səhifəsində yazıb.

Timati bununla müharibəyə getməyə hazır olduğunu bildirib.

Musiqiçi getməsi ilə bağlı yayılan xəbərləri təkzib edərək, Moskvada olduğunu deyib. “Mən Moskvadayam. Evdə. Heç yerə mühacirət etmək fikrində deyildim və niyyətim də yoxdur. Mənim yerim buradadır”, - deyə o yazıb.

Reper çağırış vərəqəsi almadığını vurğulayıb, lakin bunun baş verə biləcəyini etiraf edib. O, yaranmış vəziyyətdə sakit olduğunu, və hər şeyi qəbul etdiyini bildirib. “Nə qədər ki, vaxt var, mən ölkə daxilində müxtəlif layihələri inkişaf etdirərək RF-in ÜDM-ni artıracağam”, - deyə reper qeyd edib.

Sənətçi daha əvvəl Daşkənddən fotosunu paylaşıb. Bəzi istifadəçilər onun səfərbərlikdən yayınmaq üçün ölkəni tərk etməsini iddia ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ