Stomatoloq uşaqların dişlərini fırçalamaqla bağlı məsləhətlər verdi

“İlk illərdə təbii ki, valideynlər uşağın dişlərini fırçalayırlar. Amma daha şüurlu yaşda prosesin öz axarı ilə getməsinə imkan vermək olmaz. Dişlərin müstəqil fırçalamağa başlamaq üçün ən yaxşı vaxt 5-6 yaşdır. 6-7 ildən sonra uşağı ağız yaxalamağa və irriqatora öyrətməyin vaxtıdır”, - stomatoloq, ortoped-ortodontist, Smile Spa diş klinikalarının təsisçisi Sergey Kovalçuk beyib.

Kovalçukun sözlərinə görə, gigiyena prosedurları ilk diş göründüyü andan həyata keçirilməlidir. Belə olan halda süd dişləri yarananda dişlərin fırçalanması körpə üçün qeyri-adi bir şey olmayacaq. Uşağın prosedura marağını oyatmaq üçün parlaq və oyuncaq kimi diş fırçasından istifadə etmək, xoş qoxu və dadı olan diş pastası götürmək və uşağa oyun formatında öyrətmək üçün xüsusi proqramlardan istifadə etmək daha yaxşıdır.

Stomatoloq xatırladıb ki, məcunun üzərinə “sıfırdan üç ilədək” etiketi qoyulmalıdır ki, uşaq onu udsa, problem olmasın.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ