Kino tarixinin ən qəddar qadın obrazlarından birini yaradan aktrisa vəfat edib

ABŞ aktrisası Luiza Fletçer 88 yaşında vəfat edib. Aktirsa Fransadakı evində, yuxudaykən dünyasını dəyişib.

Luiza Fletçer “Ququ quşu yuvası üzərindən uçuş" filmində canlandırdığı tibb bacısı roluna görə “Oskar” mükafatı qazanıb. Bundan başqa o, BAFTA və “Qızıl qlobus” mükafatlarının da sahibidir.

Amerika Kino İnstutu belə hesab edir ki, onun “Ququ quşu yuvası üzərindən uçuş” filmində yaratdığı Retçed adlı baş tibb bacısı obrazı kinematoqrafiya tarixinin ən qəddar personajlarından sayılır (Apa).

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ