Məşhur azərbaycanlı ailənin qızı oğurluq etdi

Aktrisa Çimnaz Sultanovanın evindən zinət əşyaları oğurlanıb.

Buta.media  xəbər verir ki, "Bizimləsən" verilişində qonaq olan aktrisa oğurluq edən şəxsin yaxın tanışı, eləcə də tanınmış olduğunu bildirib: 

"“Böyük rütbəli şəxsin qardaşı qızı evimdə oğurluq edib, evimdəki qızıl və brilliantları götürüb. Bu zaman mən öldüm, yoxa çıxdım. İnsanları tanımaq olmur. O, boynuna alıb və mənə mesaj yazıb ki, bu haqda heç yerdə danışma. Söz verdi ki, iki ay ərzində 50 min manat qaytaracaq. Amma sonra hər yerdə məni “blok”a atdı. Tanınmış bir şəxsdir, şou-biznesdə hamı onu tanıyır”.". 

Aktrisa efirdən həmin şəxsə üzünü tutaraq artıq susmaq fikrində olmadığını söyləyib: 

"Əzizim, mən sənə söz verdiyim kimi susurdum. Amma artıq susmayacam. Kişi qızı kimi polisə müraciət etmədim. Nə də ictimailəşdirmədim. Bu xanımın əmisi yüksək vəzifəli şəxsdir. Hamını öz əmisi ilə qorxudur.

Həmin qadın həm də bir millət vəkilinin qohumudur. Anası Əməkdar incəsənət xadimidir. Şou-biznesin bir çox nümayəndəsi həmin qadının dələduzluğunun qurbanıdır. Həmin şəxslər icazə versələr, adlarını açıqlayacam". 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ