Roza Zərgərlidən bu fotoya görə 600 manat istədilər - FOTO

Milyonçu deyiləm, sadə ailəm var. Amma toydan, məclisdən, reklam və “Instagram”dan qazandığım pulu xeyriyyəçiliyə xərcləyirəm. Bütün sənətlə bağlı xərcləri çıxıram, qalanını verirəm xeyriyyə işlərinə.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Roza Zərgərli “Ən yaxşısı” verilişində deyib. Roza qazancından bəhs edib. 

“İlk dəfə etiraf edirəm ki, qazandıqlarımın çoxunu xeyriyyə işlərinə verirəm. Deyirlər, Rozanın pulu var verir da. Yox mənim o qədər də çox pulum yoxdu” deyən sənətçi son günlər yayılan açıq fotosundan söz açıb:

“O mən deyiləm. Mənim şəklim olsaydı, utanmadan deyərdim mənəm. Lüt deyiləm ki. Deyərəm, oradakı adam sevgilim olub. Yoldaşım mənə heç nə deyə bilməz. Çünki evlənəndə mənim bütün nəslimi araşdırıb. O, şəkil montaj edilib. 

Hətta yayımlanmazdan əvvəl mənə yığıb dedilər ki, 600 manat ver, yaymayaq. Dedim, get ver. Ekspertə verdik şəkli və məhkəmədə həmin adamlara qalib gəldim”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ