Eyni uşaq evində böyüyüblər - foto

Gənc müğənni Hissin Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovla eyni uşaq evində böyüdüyü məlum olub.

Bu barədə Hiss instaqramda bildirib.

“Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə, çox mənasız qalır. Nur içində yat, mənim balaca qardaşım!”, - deyə müğənni yazıb.

O, Səbuhi ilə uşaq evində çəkdirdikləri arxiv fotonu da paylaşıb.

Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş Səbuhi SOS uşaq evinin yetirməsi və 269 saylı məktəbin məzunudur. Onun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ