Bloqer Atlas Fərəcova sevgilisi tərəfindən döyüldüyünü iddia edib.
Bu barədə o, idarə etdiyi “materazzi.13” adlı instaqram səhifəsində bildirib.
Fərəcova zorakılığa məruz qaldığını əks etdirən şəkilləri yayımlayıb və bunları yazıb:
“İki gün əvvəl öz evimin həyətində 2 illik sevgilim tərəfindən vəhşicəsinə döyülmüşəm. Səsimə bacım çıxmasa, yanında gətirdiyi xəncərlə məni öldürəcəkdi. Məni heç kim bu şiddətə qarşı susdura bilməz və susmayacağam da”.
“Əlimdə müayinə nəticələri var, burnum 4 yerdən qırılıb. 6 ay sonra əməliyyat olunacam”, - deyə əlavə edib.
DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinsə müraciəti daxil olub və araşdırma aparılır: “Zərərçəkən şəxs bölməyə dəvət edilib, onun xəsarətinin dərəcəsinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilib. Həmçinin zərərçəkənin hadisə ilə bağlı ifadəsi alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.