Məndə heç bir estetik əməliyyat yoxdur.
Buta.media-nın məlumatına görə, bunu “Azərbaycan gözəli- 2019” müsabiqəsinin qalibi Melissa Nuriyeva “Lent.az”ın canlı yayımında qonaq olarkən ünvanına səsləndirilən tənqidlərə cavabında deyib.
Onun sözlərinə görə, gözəllik yarışmasına qatılan insan süni olmamalıdır:
“Saçlarım təbiidir. Gözəllik yarışmasına qatılan insan süni olmamalıdır. Bundan qorxan bir insanam. Hər kəs kənardan baxıb şərh yazır. Qınamıram, indi hamı estetik etdirir. Belə hallar çoxaldığı üçün kimdəsə uzun saç görəndə düşünürlər ki, qaynaqdır. Bilməyib danışanlara hörmətlə yanaşıram. Gözəllik yarışmasına təbii olaraq çıxmalısan. Yarışmada hər şey bir-birini tamamlamalıdır. Münsiflərin biri boyuma, digəri yerişimə üstünlük verirdi”.
Melissa seçimlərin ədalətli şəkildə keçirildiyini qeyd edib: “Seçimlər saxta olmayıb, hər şey ədalətli şəkildə baş verib. Hər kəs düşünür ki, pul ilə önə gedirlər. Mən yarışmada belə şeylərlə rastlaşmadım. Mənim öz işim var, modellik isə hobbimdir. Bundan əvvəl seçilən gözəlləri də tənqid ediblər”.