Azərbaycan istehsalı olan “Dalan” filminin premyerasından sonra qalmaqal yaranıb.
Buta.media-nın məlumatına görə, filmdə aktrisa Sevinc Əliyeva və aktyor Ziya Ağanın bir neçə dəqiqəlik sevişmə səhnəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
İnsanlar belə kinoların Azərbaycan xanımına və mentalitetə yaraşmadığını bildirilər. Qeyd olunur ki, belə səhnələrlə Azərbaycan dəyərləri dəyişilir, nəticədə sevişmə səhnəsi adiləşir.
"Bu gün Azərbaycanda sevişmə səhnəsi çəkirlər, sabah isə porno lentə alarlar" - İntiqam Namazov adlı şəxs yazır.
İstifadəçilər belə gənclərin digərlərinə pis nümunə olduğunu qeyd edərək, bunu qəbuledilməz olduğunu bildirirlər.
"Yerli kinoda sevişmə səhnəsi adiləşirsə, onda sabah parklarda da bundan betərini görəndə, təəccübləməyin" - Aynur İskəndərova bildirir.
Onu da bildirək ki, layihə bu gündən etibarən yaş məhdudiyyətsiz bütün kinoteatrlarda nümayişə çıxarılıb.
Qeyd edək ki, 90 dəqiqəlik film dram janrındadır. Layihənin hekayəsi xəyanət üzərində qurulub və sosial, ailə-məişət problemləri qabardılıb. Filmdəki hadisələr bir-birinə tanış olan iki fərqli ailədə cərəyan edir.
O ailələr ki, ər-arvad arasında problemlər mövcuddur. Bu fərdlər kənardan xoşbəxt görüsələr də, qadına qarşı göstərilən diqqətsizlik, yalan, xəyanət və bunların fonunda baş tutan gizli sevgi qəhrəmanları “Dalan”a gətirib çıxarır.