Van Dammın oğlu: Atam demişdi ki, Azərbaycandan olan xanımla evlən

Atam 2000-ci illərin əvvəllərində Azərbaycana gəlib. Burada qısa müddət qalmasına baxmayaraq, Azərbaycanı çox sevir, çox bəyənir. O vaxtlar atam həm də Suadanın atası ilə tanış olub. 

Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızına müsahibəsində məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Dam deyib.

“ABŞ-a, Los-Ancelesə qayıdanda atam məni ofisinə çağırdı və dedi ki, Azərbaycan adlı bir ölkəyə səfər etmişdim. Çox gözəl ölkədir və parlaq gələcəyi olacaq. Dedi ki, o ölkənin insanları çox mehribandır, mədəniyyəti çox zəngindir. Bilmirəm bunu niyə dedi, amma dedi ki, sən gələcəkdə mütləq Azərbaycandan olan bir xanımla evlən. Həmin vaxt başqa xanımla münasibətlərim var idi, ona görə etiraz etdim. Dedim ki, yox, bu mümkün deyil. İllər sonra Suada ilə instaqramda tanış oldum. Azərbaycan adını görən kimi atamın sözləri yadıma düşdü. Suada ilə düz 4 il instaqramda danışdıq və yaxın dosta çevrildik. Zamanla isə bir-birimizə aşiq olduq”, - deyə Kristofer bildirib.

O əlavə edib ki, atası feysbukda və digər sosial şəbəkələrdə canlı yayıma qoşulurdu və bir dəfə Yeni  ildə o, 100 min izləyicinin iştirakı ilə canlı yayımda olanda ekranda onun adını görür və oxumağa başlayır: Suada Hacızadə. 

“Amma Suadanın kim olduğu, həmin tanışının qızı olduğu ağlına belə gəlməzdi. Suadanı Yeni il münasibətilə təbrik edir və Suada da həmin videonu yazıb saxlayır”, - Van Dammın oğlu xatırlayır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ