Teymur Rəcəbov ikinci dəfə ata olub

Azərbaycan şahmat millisinin üzvü, qrossmeyster Teymur Rəcəbov ikinci dəfə ata olub. Rəcəbov və Anna Maksakova cütlüyünün qızı dünyaya gəlib.

Teymur Rəcəbov bu ilin yanvarında ikinci dəfə ailə həyatı qurub. Şahmatçının Elnarə Nəsirli ilə ilk evliliyində Məryəm adlı bir qızı da var.

Qeyd edək ki, Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ