EMİN ilk dəfə Qarabağda konsert verəcək

Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov (EMİN) və Azərbaycan əsilli rusiyalı müğənni Cahid Hüseynli (JONY) işğaldan azad edilmiş Kəlbəcərdə konsert proqramı ilə çıxış edəcəklər.

Emin Ağalarovun sözlərinə görə, konsert Kəlbəcər rayonunda yerləşən hərbi hissədə baş tutacaq.

“Hərbi hissəyə baş çəkəcəyik. Bu konsert əsgərlərimizin əhval-ruhiyyəsini yüksəltmək üçün keçirilir. Bunu çoxdan etmək istəyirdik, əvvəllər getmək təhlükəsiz deyildi, bizi içəri buraxmadılar, amma indi belə bir fürsətimiz var. Bizim çoxlu sayda sənətkarlarımız var ki, onlar vətən sevgisi ilə bunu təmənnasız edir”, - EMİN jurnalistlərə belə izah edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ