Amerikalı oğlanlar Ruslana Gee kimi tanınan Azərbaycanlı model və bloger Ruslana Cavadova ilə evlənməyə hazırdırlar.
Buta.media-nın məlumatına görə, R. Cavadova Amerikada yaşayan insanlar arasında bir sorğu keçirib. Belə ki o, onlara sevgisini etiraf edərək evlənmək təklif edib.
Cavadova bütün prosesi videoya çəkib və YouTube-da paylaşıb.
"Mən rus dilində danışa bilən amerikalıları çəkmək qərarına gəldim, mənim üçün bu ilk sınaq idi, amma hər şey yaxşı keçdi", - Cavadova etiraf edib.
Respondentlərin əksəriyyəti modelə evlənməyə hazır olduğunu bildirib.
Ruslana Cavadova Bakıda anadan olub. Uşaq yaşlarından, hələ məktəbdə oxuyarkən moda və gözəllik sahəsinə böyük marağı olub. O, 2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda eyni adlı moda jurnalları ilə tanınan L'Officiel Awards-ın illik mükafatları çərçivəsində iki nominasiya üzrə - "Ən yaxşı model" və "Ən yaxşı fashion-блогер" - mükafatlara layiq görülüb.
Cavadova həmçinin zərgərlik məmulatları dizayneridir. Əvvəlcə İstanbulda təhsil alıb, sonra təhsilini Los Ancelesdə davam etdirmək qərarına gəlib. Hazırda Amerikada LACC kollecində təhsil alır və həmçinin blogerlik fəaliyyətini davam etdirir.