İbrahim Tatlıses qəzaya düşdü - video

Türkiyə musiqisinin imperatoru İbrahim Tatlıses 9 yaşlı qızı Elif Ada ilə Bodrumda yol qəzasına düşb.

Hadisə səhər saatlarında baş verib. Qəza nəticəsində 70 yaşlı müğənni xəsarət alıb.

Tatlısesin keçmiş xanımı, Elif Adanın anası Ayşegül Yıldız “2-ci Sayfa”ya açıqlama verib. O, qəza zamanı qızının avtomobildə olmadığını bildirib: 

“İbrahim bəylə az öncə telefonla danışdım, çox şükür, yaxşıdır. Qızım Elif Adanı Bodrumda xalasının yanında qoyub İstanbula qayıtmışdım. Qəza xəbərini eşitdikdə ömrümdən ömür getdi. Çox şükür, qızım avtomobildə olmayıb”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ