“Bəxt üzüyü”nün Sedası vəfat etdi

“Bəxt üzüyü” filmində yaratdığı Seda obrazı ilə tanınan aktrisa və müğənni Firəngiz Rəhimbəyli vəfat edib.

Bu barədə APA-ya rejissor Namiq Şirəlibəyov məlumat verib.

Onun sözlərinə görə, aktrisa ürək tutmasından dünyasını dəyişib.

Firəngiz Rəhimbəyli 1960-cı ildə Ağdamın Şişpapaqlı kəndində anadan olub.

1980-ci illər Azərbaycan estradasının əsas simalarından sayılırdı. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi görkəmli bəstəkarla onlarla iş birliyi olub.

Bir sıra filmlərdə rol alan Firəngiz Rəhimbəyli daha çox “Bəxt üzüyü” filmindəki Seda rolu ilə məşhurluq qazanıb.

1999-u ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ