Günün rəzaləti: Soyqırım günü “Space”-də şıdırğı konsert - VİDEO

Bu gün 31 Mart Dünya Azərbaycanlılarının Soyqırım Günüdür.

Buta.media  bizimyol.info-ya istinadən məlumat verir ki bu münasibətlə bütün kanallar əyləncəli verilişləri yığışdırsa da, “Space” kanalı əksinə, “Ad günü” adlı musiqili-əyləncəli proqram nümayiş etdirib. 

Vətəndaşlar isə buna etiraz edərək sosial şəbəkələrdə kanal rəhbərliyini, həmin verilişdə iştirak edən müğənniləri tənqid edib.

Məsələ ilə bağlı açıqlama verən “Space” telekanalının vitse prezidenti Kamil Şahverdiyev telekanalın yayımında dəyişiklik etdiklərini, insanların əhval ruhiyyəsini qaldırmaq istədiklərini bildirib.

“Proqram bügünə uyğun hazırlanmışdı.Veriliş canlı olmayıb, əvvəlcədən çəkilmişdi. Bu gün üçün çəkilmiş proqram idi. Müğənnilər oxudular, biz düşündük ki, bu günü ağlaşma üzərində də qurmaq olmaz.Bir az millətin ruhunu qaldırmaq lazımdır.”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ