“iPhone 14”ün qiyməti açıqlanıb

“iPhone 14”ün baza modelinin qiyməti 799 dollar olacaq. Bu barədə MacRumors “nəşri” məlumat yayıb.

Jurnalistlər bildirirlər ki, “Apple” satışa çıxarılan smartfonların qiymətini qaldırmayacaq. İnsayderlərin məlumatına görə, “iPhone 14”ün qiyməti 799 dollardan başlayacaq. Qeyd edək ki, “iPhone 13” də eyni məbləğə satışa çıxarılmışdı.

Mütəxəssislər qeyd ediblər ki, bu yolla şirkət qlobal smartfon bazarında satışları artırmaq və tələbatın azalmasını kompensasiya etmək niyyətindədir.

Müxtəlif mənbələrdən alınan məlumata görə, seriyanın baza cihazının qiymətinin qaldırılmaması ilə bağlı qərar “Apple”da “ən yüksək idarəetmə səviyyəsində” verilib. Hesabatda artan istehsal xərcləri və tədarük problemlərinə baxmayaraq top menecerlərin qiymətləri qaldırmamaqda qərarlı olduqları qeyd olunub.

“MacRumors”un müəllifləri bildiriblər ki, “Apple” qiymətləri artırmasa, bu 6,1 düymlük ekrana malik baza flaqman modelinin qiymətinin ardıcıl ikinci il dəyişməz qalması deməkdir. Belə ki, 2020-ci ildə təqdim edilən “iPhone 12”nin də qiyməti 799 dollar idi. “iPhone 14” seriyalı smartfonların təqdimatı sentyabrda gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ