Boris Conson ikinci dəfə özünə dəbdəbəli toy edib - foto

Boris və Kerri Conson ikinci dəfə toylarını qeyd ediblər. Bu dəfə tədbir Kostuoldsda, Mühafizəkarlar Partiyasının sponsorlarından biri Lord Entoni Bamfordun malikanəsində baş tutub. Bayram açıq havada nəhəng çadır altında təşkil olunub. Hazırlıqları Ledi Bamford və Kerri Conson həyata keçirib.

KİV-in məlumatına görə, gecədə 200 qonaq iştirak edib. Eyni zamanda Consonun istefaya getməsinin elanı dəvət olunanlar siyahısına təsir edib. Belə ki, bayramı ziyarət edənlər arasında onun keçmiş həmkarı Maykl Qouv olmayıb.Qeyd edək ki, o iyulun əvvəlində baş nazir tərəfindən istefaya göndərilib.

Bununla belə Mühafizəkarlar partiyasından olan deputatlar Ceykob Riz-Moqq və Nadin Dorris mərasimdə iştirak ediblər. Tədbirə həmçinin aktrisa Holli Velans və onun həyat yoldaşı, britaniyalı biznesmen Nik Kendi də qatılıb.

Baş nazirin həyat yoldaşı modelyer Savanna Millerin 3500 funt sterlinq dəyərində fil sümüyündən tikilmiş gəlinliyini geyinib. Gəlinlik paltarı ona cəmi 25 funta başa gəlib.

Bildirilir ki, qonaqlar əylənərkən Brexit əleyhdarı Stiv Bray hasarın arxasında piket təşkil edib və “Brexit işləmir” plakatı ilə dayanıb. Daha sonra polis onu qovub.

Qeyd edək ki, Kerri və Boris Consonun toyu 2021-ci il mayın 29-da Vestminster abbatlığında baş tutub. Saat yarım davam edən toy mərasimində cəmi 30 qonaq iştirak edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ