“Dom-2”nın ulduzları Bakıya köçürlər

“Dom-2” layihəsinin keçmiş iştirakçıları Valeri və Anna Blyumenkrants Bakıya səfərdən sonra burada daimi qalmaq qərarına gəliblər.

Rusiya mətbuatı yazır ki, Anna şəxsi bloqunda izləyiciləri ilə gözlənilməz xəbərlər paylaşıb.

“Biz Bakıda yaşamağa gedirik. Hazırda mənzil seçirik və köçməyə hazırlaşırıq”, - Anna yazıb.

Qeyd edək ki, cütlüyün bu qərarı fanatlarını çox təəccübləndirib. Belə ki, onlar bu yaxınlarda Sankt-Peterburqda mənzil aldıqlarını açıqlayıblar.

Xatırladaq ki, Anna və Valeri Blyumenkrants 2020-ci ildə ailə qurublar, təxminən bir il sonra cütlük uşağı olub. Yeni doğulan körpənin adını David qoyublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ