Şakira səkkiz il müddətinə həbs oluna bilər

İspaniya prokurorluğu vergidən yayınma ittihamı ilə kolumbiyalı müğənni Şakiraya səkkiz ildən artıq həbs və 23 milyon avrodan çox pul cəzası istəyib. 

Bu barədə “El Pais” məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının tələb etdiyi mümkün həbs müddəti səkkiz il iki ay ola bilər. Müğənninin nümayəndələri hələlik məsələ ilə bağlı şərh verməyiblər.

Şakira 2012-ci ildən 2014-cü ilə qədər vergidən yayınma ilə bağlı altı cinayətdə ittiham olunur. Onların ümumi məbləği 14,5 milyon avrodur. Müğənninin vəkilləri iddia edir ki, o, həmin vaxt İspaniyada ildə 183 gündən çox yaşamayıb. Bu müddətdən sonra İspaniya ərazisində yaşayan şəxs avtomatik olaraq krallığın vergi ödəyicisi olur. Məhkəmə prosesi ərəfəsində prokurorluq Şakiraya mümkün sövdələşmə çərçivəsində həbsi cərimə ilə əvəz etməyi təklif edib. Müğənni razılaşmadan imtina edib

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ