Eyvazovla Netrebkonun ehtiraslı öpüşü ispanları coşdurdu - video

Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı və həmkarı Anna Netrebko ilə ehtiraslı öpüşü, eləcə də onların gözəl çıxışları Madrid Kral Teatrında keçirilən konserti yaddaqalan edib.

Bu barədə Sputnik Azərbaycan yazıb.

Bir il əvvələ planlaşdırılan konsertdə məşhur cütlük müxtəlif operalardan ariyalar ifa ediblər. İspanları təkcə ifa etdikləri mahnılar deyil, həm də konsertin yekun anlarında Yusiflə Annanın səhnədə ehtiraslı öpüşü coşdurub.

Sosial şəbəkə istifadəçiləri Eyvazov və Netrebkoya təriflər yağdıraraq, gözəl axşama görə minnətdarlıqlarını bildiriblər.

Konsertdə Azərbaycanın Xalq artisti Elçin Əzizov da çıxış edib - Madridin Baş Opera Teatrının səhnəsindəki çıxışı onun üçün debüt olub. Eyvazov həmyerlisini və həmkarını dəstəkləyərək onu möhtəşəm ifasına görə təbrik edib.

“Sənətə dəstək olan anlayışlı, ağıllı və vicdanlı insanlara təşəkkür edirəm. Konsertə gələn 3000 tamaşaçıya təşəkkür edirəm. Biz sevimli işimizlə məşğul olmağa, işləməyə və dünyanın hər yerindən dinləyicilərimizlə görüşməyə davam edirik”, - deyə Eyvazov sosial şəbəkədə yazıb.

Yeri gəlmişkən, İspaniyadakı konsertdən bir gün əvvəl onlar Almaniyanın Reqensburq şəhərində hər il keçirilən "Thurn und Taxis Schlossfestspiele" musiqi festivalında birlikdə iştirak ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ