Emin keçmiş həyat yoldaşı ilə barışdı

42 yaşlı azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov ikinci həyat yoldaşı Alyona Qavrilova ilə barışıb.

Müğənni bu barədə “YouTube”da yayımlanan kanalına müsahibəsində deyib. 

“Crocus Group”un vitse-prezidentinin sözlərinə görə, bir müddət əvvəl o, Alyona ilə yenidən görüşməyə başlayıblar.

“Bu doğrudur. Yenə bir yerdəyik. Eyni çaya istədiyiniz qədər girə bilərsiniz. Artıq bir ildən çoxdur ki, bir yerdəyik. Heç nəyi gizlətməmişik, sadəcə olaraq, heç kim bizdən soruşmayıb”, - deyə Emin qeyd edib.

Qeyd edək ki, Emin Ağalarovla Alyona Qavrilova 2018-ci ildə evlənib, onların Afina adlı bir qızı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ