Hollivudun ən çox qazanan aktrisası məlum olub

32 yaşlı aktrisa Marqo Robbi Hollivudun ən çox qazanan aktrisası olub.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

KİV-in məlumatına əsasən, “İntihar dəstəsi”nin ulduzu 21 iyun 2023-cü ildə premyerası nəzərdə tutulan “Barbi” filmində oynadığı rola görə 12,5 milyon dollar qonorar alıb. 

Bundan əvvəlki, “Birds of Prey” filmindəki işi üçün Robbi 10 milyon dollar qazanıb. Aktrisa ekran əsəsrində məşhur komiks qəhrəmanı Cokerin sevgilisi Harley Quini adlı canlandırdı. 

Reytinqin ikinci pilləsini 18 yaşlı aktrisa Milli Bobbi Braun tutub. O, həmçinin Artur Konan Doylun romanlarından məşhur detektivin bacısı haqqında “Enola Holms 2” filmində iştirakına görə 10 milyon dollar ala bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ