Bred Pitt film təqdimatına yubkada qatıldı - foto

Hollivud aktyoru Bred Pitt film təqdimatına ənənəvi qadın geyimində çıxıb və fotoqrafların diqqətini çəkib. Müvafiq şəkilləri GQ nəşri dərc edib.

58 yaşlı məşhur Berlində baş tutan “Güllədən daha sürətli” filminin premyerasına qatılıb. Fotoqraflar onu qəhvəyi rəngli kətan yubka, ona uyğun pencək, çəhrayı köynək və kobud çəkmələrlə çəkiblər. Aksessuar kimi o, günəş eynəyi və iri kulon seçib. Bred Pitin geyiminin markaları açıqlanmır.

Bundan əvvəl Bred Pitt karyerasının son mərhələsi barədə açıqlama vermişdi. Hollivud ulduzunun aktyor kimi ən son çəkildiyi film “Güllədən daha sürətli” döyüş filmi olub. Filmin premyerası 2022-ci ilin iyul ayına planlaşdırılıb. Filmdə Sandra Ballok, Maykl Şennon və Aaron Taylor Conson da çəkilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ