iPhone 14-ün təqdimat tarixi açıqlandı

“Apple” şirkəti yeni flaqman smartfonlarını sentyabrın 13-də təqdim edə bilər.

Bu barədə “PhoneArena” nəşri məlumat yayıb. Jurnalistlər “ihacktu” ləqəbli nüfuzlu insayderin xəbərinə istinad edirlər.

Bildirilir ki, iPhone 14 seriyalı smartfonların buraxılış tarixi ilk payız ayının ortalarında - 13 sentyabrda olacaq. Cihazlar üçün sifarişlər ya elandan dərhal sonra, ya da sentyabrın 16-da açılacaq. Sentyabrın 23-də “Apple” yeni smartfonları geniş satışa çıxarılacaq.

Mütəxəssislər qeyd ediblər ki, iPhone 14-ün buraxılış tarixi dəyişdirilə bilər, çünki “Apple” digər smartfon istehsalçıları kimi təchizatçılarından asılıdır. 

Medianın proqnozuna görə, “Apple” sentyabrda dörd smartfon nümayiş etdirəcək. Bu sıraya 6,1 düymlük iPhone 14, 6,7 düymlük iPhone 14 Plus (və ya iPhone 14 Max), 6,1 düymlük iPhone 14 Pro və 6,7 düymlük iPhone 14 Pro Max daxil olacaq. 

Qeyd edək ki, iPhone 13 seriyalı smartfonlar 14 sentyabr 2021-ci ildə təqdim olunmuşdu.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ