Mətanət İsgəndərlinin nəvələri gəlininə verildi

Əməkdar artist Mətanət İsgəndərlinin nəvələrinin qəyyumluq məsələsi ilə bağlı yekun məhkəmə qərarı çıxarılıb.

Buta.media xəbər verir ki, ötən il müğənninin oğlu ilə boşanan gəlini Canana 3 övladının özündə qalmasına nail olub. Bununla bağlı Ali Məhkəmə qərar çıxarıb. Canana (Aynur Həmidova) öz instaqram səhifəsində paylaşım edib:

“Mən qalib və xoşbəxtəm. Bu gün vəkilim Ali məhkəmənin 3 övladımı da mənə verdiyi xəbərini çatdırdı. Artıq mən də nəfəs ala biləcəm. Mənə bu yolda dəstək olan hər kəsə təşəkkür edirəm. Ən əsası da hər zaman yanımda olan mediaya. Balalarımın üçü də mənim adımdadır. Çox şükür”.

Qeyd edək ki, Canana Mətanət İsgəndərlinin oğlu Kərimdən ötən il boşanıb. Cütlüyün üç uşağı atada qalıb. Daha sonra Canana Apellyasiya Məhkəməsinə müraciət edərək uşaqların öz qəyyumluğuna keçməsinə nail olub. Ali Məhkəmədə də apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ