Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakıda baş tutan dəbdəbəli toyun görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Emil və Aysel adlı cütlüyün toyunda ən çox diqqət çəkən məqamlardan biri də toy karvanındakı lüks avtomobillər olub.
“Qafqazinfo”nun hesablarına görə, toy karvanında yer alan lüks avtomobillərin ümumi dəyəri təqribən 5 milyon manat civarındadır.
Onlar barəsində daha detallı məlumatları təqdim edirik:
Lamborghini Aventador LP700-4”
2011-ci il istehsalı olan, toy karvanında 99-FF-777 dövlət qeydiyyat nişanı ilə qatılan “Lamborghini Aventador LP700-4”ün hazırkı qiyməti 380 min dollar təşkil edir. Bu nömrə daha öncə “Bentley Continental GT” və “BMW M6” kimi lüks avtomobillərin üzərinə olub.
“Aston Martin DB11”
Toy karvanında iştirak edən digər bir lüks maşın isə 2018-ci il istehsalı 2018 “Aston Martin DB11” markalı avtomobildir. 90-MB-900 dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı satış qiyməti 200 min dollardan az deyil. Bu nömrə daha öncə 2018-ci il istehsalı “BMW M5 F90 Marina Bay Blue” markalı maşının üzərində olub.
“Mercedes G 63 AMG”
Dəbdəbəli toyun iştirakçılar arasında “Mercedes G 63 AMG”nin sahibidi də var. Toy karvanına 99-HA-005 dövlət qeydiyyat nişanı ilə qatılan maşının qiyməti 250 min dollar civarındadır. Avtomobil 2021-ci il istehsalıdır. Bu nömrə daha öncə “Aston Martin” markalı avtomobilin üzərinə olub.
“Lamborghini Huracán LP-610 Spyder”
Toy karvanının ən lüks maşınları sırasında “Lamborghini Huracán LP-610 Spyder” gəlir. Avtomobilin özünə yaraşan nömrəsi isə 90-LY-500-dür. Bu lüks maşının qiyməti 350 min manatdan az deyil. Sözügedən markanın Avropa satışları 2016-cı ilin yazında 186 450 avro qiymətinə başlayıb. 90-LY-500 dövlət qeydiyyat nişanı daha öncə “Ferrari”nin üzərində olub.
“Mercedes-Benz S500 AMG”
Dəbdəbəli toyun iştirakçılar arasında 10-AB-079 dövlət qeydiyyat nişanlı maşının sahibi də var. “Mercedes-Benz S500 AMG” markalı avtomobil 2021-ci il istehsalıdır, qiyməti isə 350 min manatdır.
“Rolls Royce Phantom”
Toy karvanının ən bahalı maşınlarına “Rolls Royce Phantom” başçılıq edir. 99-RR-005 dövlət qeydiyyat nişanlı avtomobil 2015-ci il istehsalıdır, hazırkı bazar qiyməti 400 min dollar civarındadır.
Bundan başqa, toy karvanına 90-LL-009, 10-FF-79, 90-NN-400, 10-FG-005, 99-UZ-999, 10-VM-300, 10-ME-700 kimi dövlət qeydiyyat nişanlı avtomobillər də qatılıb ki, bu maşınların hər biri lüks hesab olunur.