Toyda gəlinə şillə vuran bəy hərəkətini izah etdi - VİDEO

Özbəkistanda toyda müsabiqədə gəlinə uduzduğuna görə onu vuran bəy üzr istəyib və öz hərəkətini izah edib.

Onun sözlərini Sputnik Telegram kanalı sitat gətirir.

“Mən özümü saxlaya bilmədim və əl qaldırdım. Sonradan gəlindən üzr istədim. Bu bir daha təkrarlanmayacaq”, - o deyib. Xəsarət alan qadın isə həyat yoldaşına qarşı xırda xuliqanlıq maddəsi iş açıldığını öyrəndikdə sonra onun cəzalandırılmamasını istəyib.

Qeyd edək ki, hadisəyə Özbəkistan prezidenti Şövkət Mirziyoyevin qızı da münasibət bildirib. O vurğulayıb ki, “əgər biz sivil və zəngin dövlətdə yaşamaq istəyiriksə, qadınlara qarşı zorakılığa yol verilməməlidir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ