Mehman Əhmədli Aydın Xırdalanlının ölümündən danışdı

Mehman Əhmədli Aydın Xırdalanlının vəfat etməsi xəbərinin dostlarının zarafatı olması barədə yazılanlara münasibət bildirib.


Buta.media-nın məlumatına görə, söz ustadı Ölkə.Az-ın əməkdaşı ilə söhbətində bunları deyib:


"Elə zarafat olar? Aydın bir az əvvəl evdə vəfat edib. İndi ora gedirik".


Qeyd edək ki, A.Xırdalanlı bir az əvvəl vəfat edib. Bəzi saytlarda meyxanaçının ölüm xəbərinin dostları tərəfindən zarafatca yayıldığı qeyd edilirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ