Tanınmış musiqiçi: Telman dediki, Monika Belluçi atamın portretini qaldıracaq

"525-ci qəzet"in əməkdaşı Türkan Turan Türkiyənin tanınmış yazıçısı, musiqiçisi və rejissoru Zülfü Livanelidən müsahibə alıb.
 
Buta.media xəbər verir ki, Zülfü Livaneli müsahibədə məşhur azərbaycanlı iş adamı Telman İsmayılov haqda danışaraq bir neçə maraqlı məqamlara toxunub.
 
Z. Livaneli müşahidə etdiyi maraqlı mənzərədən söz açıb: "Praqada, təbii ki, mənim qatılmadığım, ancaq kənardan izlədiyim bir mənzərənin şahidi oldum. Oliqarxlar yığılıb oyun oynayırdılar. Qız içərisində yalnız biri brilliant daşlı həqiqi "Cartier" saatı, 9-u isə saxta olan torba ilə gəlir. Oliqarxlar bəxtini sınayır. Kimin əlinə saxta saat gəlsə, gülürlər, originalı tapan isə təbii ki, milyon dəyəri olan saat qazanır. Sonra "Patek Phlippe" saatı olan torba gətirilir. Gecə boyu bu cür oyunlar davam edir. Ən xırda əyləncələr milyon dollarla başlayır. Telman belə oyunları sevən adamdır!
 
O T. İsmaylovun Monika Belluçini nə üçün otelin açlışına dəvətinin səbəbini də açıqlayıb: 
 
"Sonra belə bir hadisə oldu. "Mardan Palas" otelinin tikintisi başa çatdı. Məni otelin açılışına dəvət etdi. Açılış mərasiminə çox az türkiyəli qatılmışdı. Əsas üstünlüyü Rusiyadan gələnlər, Hollivud ulduzları və Amerikanın ən tanınmış simaları təşkil edirdilər. Xeyli dəvətli vardı. Aparıcılar Riçard Girlə Şeron Stoun idi. Meri Keri, onun əri Tom Cons və sayları çox olduğu üçün əksəriyyətini unutduğum xeyli insan vardı. İzdihamlı ortam idi. Dolub-daşan yemək masaları, saysız içki növləri, kürülər, balıqlar həddən artıq idi.
 
Dəvətlilərdən biri də Monika Belluçi idi. Telmandan soruşdum ki, bütün gələnlərin hamısını anladım, bəs Monika Belluçi nə edəcək? Dedi ki, o da rəhmətlik atamın portretini qaldıracaq. Atasını çox sevirdi. Onun portretini əlində tutmaq üçün Monikanı çağırmışdı. Kim bilir, bu iş üçün ona neçə milyon vermişdi. Elə dediyi kimi də oldu. Ulduzlar səhnəyə çıxdılar, kimi mahnı oxudu, kimi aparıcılıq etdi. Belluçi də Mərdan İsmayılovun portretini əlində tutmuşdu. İki gün konsertlər, yeməklər, şou proqramlar davam etdi".
 
Yazıçının sözlərinə görə, T. İsmayilovin Azərbaycan mətbəxunu dünyanın ən dadlı mətbəx kimi hesab edirdi: 
 
"Otelinin arxasında bir villası var idi. Üç nəfəri dəvət eləmişdi - turizmlə məşğul olan bir nəfəri, Rəcəb Tayyib Ərdoğanın köməkçisini və məni. Masada əsrarəngiz fransız yeməkləri var idi. Villasıdır, otel də deyil deyə, yeməkləri kimin hazırladığı maraqlı gəldi. Bu necə ləzzətdir, bunları kim bişirir, dedim. Mətbəxtdə Michelin Yıldızlı şef var, dedi. Təsəvvür et, Türkiyədə olmadığı halda, orada varmış. Aşpazı çağırdı. Möhtəşəm dadlar üçün təbrik etdim. Bu məqamda Telman dedi ki, yox, bu yeməklərlə olmaz, bizlik deyil. Mən sizə gözəl kabablar yedirim, dedi. Qolf maşınlarına mindik. Özü sürürdü, bizi sahilə apardı. Orada bir çadırın içində kabablar bişirirdilər. 

 

Ocaqda "cız-cız"la qızaran ətin səsi aləmi bürümüşdü. Elə təzəcə yeməyə başlamışdıq, birdən dedi ki, sizdə belə ət yoxdur, ətin ən dadlısı Azərbaycandadır. Dedi ki, siz quzunun dişisini də yeyirsiniz, biz yemirik. Bu söz bizimkilərə möhkəm toxundu. Dedilər ki, bizim Qaziantepin kabablarının, ətlərinin ləzzətini bilirsən? Bilmədiyini, harada olduğunu soruşdu. Əvəzsiz ləzzətdir. Bu ətdən daha dadlıdır...  Əlbəttə, Telman buna hirsləndi. Çox iddialı insandır. Köməkçisini çağırdı, təyyarəni hazırla dedi. Qaziantepə gedib kabab yeyəcəyik. Dedim ki, Allah eşqinə, belə şeylər etməyin. Mən belə şeylərdən xoşlanmıram, heç getmək fikrim də yoxdur. Bax, onunku belə bir həyat idi!"
 
Z. Livaneli qeyd edib ki, Telman oğlunun ad gününü qeyd etmək üçün dünyanın ən lüks otellərindən biri sayılan Dubaydakı "Burc Əl Ərəb" oteli ilə anlaşmışdı:
 
"Hər şey hazır idi. Pullar ödənmişdi, Rusiyadan oliqarxlar yığışıb ora gəlmişdi. Oteldə əmirin rəsmi asılmışdı. Telman deyir ki, əmirin şəklini çıxardın, onun yerinə bir günlük mənim oğlumun rəsmi asılsın. Bunun üçün nə qədər pul lazımdırsa ödəyəcəm. Əvvəlcə razılaşıblar. Ancaq otelin rəhbərləri son anda deyiblər ki, sənin oğlunun rəsmini asa bilmirik. Bu, siyasi hadisə olar, əmir buna sərt təpki verər. 
 
Ona görə də mümkün deyil. Qalxıb ayağa, yığışın, gedirik deyib. Rusiyaya qayıdıblar, bütün hazırlıqlar beləcə məhv olub. Belə ölçülərlə yaşayan, həyatı sanki uçurum kənarında keçən, əlindəki pullarla macəralar quran, çılğın, nə edəcəyini bilməyən insanlar var. Ona görə Telman İsmayılov və onun vasitəsi ilə tanıdığım oliqarxlar mənim üçün çox maraqlı idi". 
 
"Yaxşı insandır. İndi nə edir bilmirəm, illərdir görmürəm.Telman İsmayılov Azərbaycandan tanıdığım maraqlı insanlardan biridir." - Livaneli deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ