Bakıda bəstəkar-müğənni Murad Arifin bağ evindəki həyətinə ayı balası girib.
Buta.media xəbər verir ki, bu barədə o, Facebook hesabında yazıb.
“Mənim həyatımda bir tək ayı çatışmırdı... Səhər saat 5-in yarısı həyətimizə ayı balası qonaq gəlmişdi. Bala olmasına baxma, Marsın (itini nəzərdə tutur-red.) setkasına cumur, yaxınlaşanlara hücum edirdi...”.
“Belə məqamlarda hara zəng edək, gəlib aparsınlar zooparka filan? Birdən yenə gələr... İstəmirəm ki, kiminsə əlinə düşsün, həyətində saxlasın... Heyifdi”, - deyə o, sözlərinə əlavə edib.