Zeynəb Xanlarovanın möhtəşəm villası - FOTO

Bu gün sosial şəbəkələrdə Azərbaycan və SSRİ-nin xalq artisti Zeynəb Xanlarovanın evinin görüntüləri yayılıb.


Buta.media xəbər verir ki, yayılan görüntülərdə xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın evinin bir neçə mərtəbədən ibarət, möhtəşəm villa olduğu aydın olur. Əzəmətli evin yaşıllıqlar içində baxçası və geniş həyəti var.


Xatırladaq ki, bir müddət əvvəl Z.Xanlarova ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva incəsənət nümayəndələri görüşdə açıqlaması ilə gündəmə düşmüşdü.


Xalq artisti bəzi incəənət və mədəniyyət xadimlərinin çıxışlarının xahişdən ibarət olduğunu bildirmişdi:

 

“Mənim xahişim yoxdur. Ancaq danışa bilərəm. Ataların bir sözü var: “Görünən dağa nə bələdçi”. Azərbaycanımızın gözəlliyi haqqında o qədər sözlər var ki, yoldaşlardan xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ