Üzeyir Mehdizadəni Rəqsanənin restoranında döydülər

Müğənni Üzeyir Mehdizadə Novruz Bayramı münasibətilə həmkarı Rəqsanə İsmayılovanın Moskvadakı restoranında konsert proqramı ilə çıxış edib.


Axşam.az-ın əldə etdiyi məlumata görə, konsertdən sonra ifaçı və köməkçisi döyülüb.


Onları döyən şəxslər isə Moskvada biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlılardır.


Qeyd edək ki, konsertdə Üzeyir yüngül zədə alsa da, köməkçisinin vəziyyəti ürəkaçan olmayıb.


Digər tərəfdən Üzeyirin, konsert baş tutan restoranın və məkanın sahibi Rəqsanə İsmayılovanın sosial media hesabında konsertdən görüntülər paylaşmaması da diqqət çəkib.


Öz növbəsində Üzeyir Mehdizdə sosial şəbəkədə yeni fotosunu paylaşaraq yazıb:


“Gördüyünüz kimi hər şey qaydasındadır. Qısa məlumat verim:sadəcə yanımızda gedən dostlarımızdan biri ilə mübahisə olub, o da dərhal yoluna düşüb. Elə vaxt olur ki, bir ailə içində də iki qardaş arasında söz-söhbət olur. Şairlə nə dava-dalaş? Bir şəkil də paylaşdım ki, rahat olasız”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ