ARB-də Kəmalənin geyiminə görə canlı efir kəsildi - VİDEO

ARB telekanalında yayımlanan “Həmin Zaur” verilişində qonaq olan müğənni Kəmalə Qaramollayevanın ifası yarımçıq kəsilib.

Buta.media Qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb isə onun geyindiyi dekolteli korset olub. 

Kəmalə rəqs edən zaman pencəyinin ön hissəsini açıb. Həmin an efir yarımçıq kəsilib və hava proqnozu yayımlanıb.

Veriliş efirə qayıtdıqda Qaramollayevanın pencəyinin ön hissəsi bağlı olub.

Məsələ ilə bağlı telekanalın mətbuat katibi Mail Əsgərov bildirib ki, son aylar ərzində ARB televiziyasının qonaqların geyim standartları çərçivəsində tələbi var:

“Dünən “Həmin Zaur” verilişində qonaq bu tələblərdən bir az kənara çıxmışdı. Buna görə də qısa fasilə verilib, məsələ həll edilib, yenidən efirə qayıdılıb. Şirkətdə geyimlə bağlı xüsusi komanda var. Bu komandanın köməyi ilə məsələ çözülüb”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ